AZ

Kamboca-Tailand sərhədində qarşıdurmada: 11 ölü, 76 yaralı

Kamboca-Tailand

Kamboca-Tailand sərhədində şiddətlənən münaqişə 11 kambocalının ölümünə və 76 nəfərin yaralanmasına səbəb olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Kamboca Daxili İşlər Nazirliyi məlumat yayıb.

Onun sözlərinə görə, ötən həftənin sonundan bəri Kambocanın sərhəd bölgəsinin Tayland tərəfindən atəşə tutulması 270 min kambocalını evlərini tərk etməyə məcbur edib.

Daha əvvəl bildirilmişdi ki, krallığın hakimiyyət orqanları Taylandla həmsərhəd olan altı əyalətdə 216 mindən çox şagird və 7600 müəllimin daxil olduğu 900-dən çox məktəbi müvəqqəti bağlamaq qərarına gəlib.

Məryəm Quliyeva

Seçilən
2
1
xalqcebhesi.az

2Mənbələr