Bakı. Trend:
2025-ci ildə təşkil edilmiş peşə təhsili müəssisələrinə direktorvə direktor müavini vəzifələrinə işə qəbul müsabiqəsinin nəticələrinamizədlərin şəxsi səhifələrinə göndərilib.
Trend xəbərverir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumatyayıb.
Bildirilib ki, müsabiqə çərçivəsində respublika üzrə ümumilikdə14 direktor və 54 direktor müavini vakansiyası elan olunub. Onlaynformada portal.edu.az elektron müraciət portalı vasitəsi iləqeydiyyatdan keçib, 917 namizəddən tələblərə uyğun olan 561 nəfər15 mart tarixində Bakı şəhərində keçirilən test imtahanında iştirakedib, onlardan 192 nəfəri müsahibə mərhələsində iştirak hüququ əldəedib. Müsahibədə uğur qazanan 21 nəfər namizədin müvafiq peşətəhsili müəssisələrində direktor və direktor müavini vəzifəsinətəyinatı həyata keçirilib.
Müsahibənin nəticələri ilə bağlı vətəndaşların müraciətlərininaraşdırılması məqsədilə Peşə Təhsili üzrə Dövlət Agentliyitərəfindən Apellyasiya Komissiyası təşkil edilib. Namizədlərmüsabiqənin yekun nəticələrindən narazı qaldıqları halda iradlarınıətraflı şəkildə əsaslandırmaqla apellyasiya şikayəti təqdim edəbilərlər. Müraciətlər elektron qaydada https://www.portal.edu.az/ elektron müraciət portalıvasitəsilə və ya ad, soyad, şəxsiyyət vəsiqəsinin FİN-i və əlaqənömrəsi qeyd edilməklə [email protected] elektron poçt ünvanınagöndərilməklə qəbul edilir. Apellyasiya müraciətlərinin qəbulu 28dekabr saat 18:00-da başa çatacaq.