AZ

“Avroviziya-2024”ün qalibi Nemo mükafatını etiraz olaraq geri qaytarır

İsveçrəli ifaçı müsabiqənin “imic yumaq üçün istifadə olunmasına” etiraz edir...

Poliqon xəbər verir ki, “Avroviziya-2024”ün qalibi, İsveçrə təmsilçisi Nemo öz “Instagram” hesabında müsabiqə trofeyini geri göndərdiyini açıqlayıb. İfaçı bildirib ki, artıq bu mükafatın onun rəfində dayanmalı olduğuna “ürəkdən inanmır”.

Neue Zürcher Zeitung nəçri yazır ki, Nemonun qərarı böyük ehtimalla gələn il müsabiqədə İsrailin iştirakına qarşı mövqeyi ilə bağlıdır. O, postunda ölkənin adını birbaşa çəkməsə də, “müsabiqənin dəfələrlə ciddi insan haqları pozuntularında ittiham olunan bir dövlətin imicini yaxşılaşdırmaq üçün istifadə olunduğunu” qeyd edib.

Nemo həmçinin vurğulayıb ki, bütöv ölkələr “Avroviziya”dan imtina etməyə başlayanda, bu, müsabiqədə nəyinsə ciddi şəkildə səhv getdiyinə aydın işarədir.

Xatırladaq ki, Nemo 2024-cü ildə Malmödə “The Code” mahnısı ilə qalib gəlmişdi.

Poliqon.info

Seçilən
14
poliqon.info

1Mənbələr