AZ

Fazil Məmmədovun bacısı qızı “Azərbaycan”ı necə idarə edir? – FOTOLAR

Tribuna.Az bu gündən etibarən “Universitetlər” rubrikasına başlayır. Bu layihənin məqsədi ali məktəblərin və onların rektorlarının fəaliyyəti haqda oxucuları məlumatlandırmaqdır.

Rubrikamıza ilk olaraq Azərbaycan Universitetindən başlayırıq. Çünki ilk özəl ali məktəbdir. Azərbaycanda özəl ali təhsilin bünövrəsini qoyan Azərbaycan Universiteti 1991-ci ildə təsis edilib. Hazırda rektor Səadət Əliyevadır. O, mərhum vergilər naziri Fazil Məmmədovun bacısı qızıdır. S. Əliyevanın rektor təyinatında da sabiq nazir dayısının himayəsi olub.
 

Səadət Əliyeva
Səadət Əliyeva əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Universitetində başlayıb. 2008–2009-cu illər arasında Dillər kafedrasında laborant, 2009–2013-cü illər arasında Dillər kafedrasında müəllim vəzifəsində çalışmışdır. 2013–2017-ci illərdə Dillər kafedrasında müdir müavini olaraq fəaliyyət göstərib. 13 mart 2017-ci ildən Azərbaycan Universitetinin rektorudur.
Ailəlidir, dörd övladı var.
İndiyə qədər Azərbaycan Universitetinin adı bir neçə dəfə rüşvət ittihamı ilə hallanıb, lakin mətbuat xidməti təkzib etməyə çalışıb.
Vüsal Əliyev
Hazırda elmi işlər üzrə prorektor Yusif Qasımov, ümumi işlər üzrə prorektor Vüsal Əliyev, rektorun müşaviri isə Nüşabə Quliyevadır.
Nüşabə Quliyeva
Bir müddət əvvəl keçmiş dekan Elçin Rəşidov işdən çıxarılmasına görə rektoru məhkəməyə vermişdi. Rektorun universitetin hazırkı fəaliyyəti və hədəfləri haqda müsahibəsini işıqlandırmağa hazırıq.
Seçilən
11
yenilik.az

1Mənbələr