AZ

Kadırov onları başlarını kəsməklə hədələdi

Çeçenistan rəhbəri Ramzan Kadırov xaricdən onun rejimini tənqid edən həmvətənlərini sərt şəkildə hədələyərək onları düşmən adlandırıb.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV yazıb. 

Kadırov Çeçenistanın və onun rəhbərliyinin şərəfinə xələl gətirməyə davam edənlərin "başlarını kəsəcəyinə" söz verib: "İndi respublikamızda hər şey sakitdir. Bir vaxtlar küçəyə çıxmaq mümkün deyildi. Amma başa düşməyənlər, Avropada oturanlar da var. Onlara müraciət etmək istəyirəm - ağzınızı yumun, sabah sizi nə gözlədiyini bilmirsiniz. Vətəniniz üçün bundan əziz bir şey yoxdur, amma hamınız onun həsrəti ilə yaşayırsınız və buna baxmayaraq, kiminsə təxribatlarına uyaraq bəzi söhbətlər edirsiniz".

Ağarza Elçinoğlu 

Seçilən
58
1
unikal.az

2Mənbələr