İsrail ordusu Livanın cənub və şərqindəki təyin olunmuş hədəflərə ardıcıl beş hava hücumu həyata keçirib.
Publika.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Bildirilib ki, hücumlarda hədəf "Hizbullah" infrastrukturu olub. Vurulan hədəflər arasında anbarlar, rabitə xətləri və təşkilata məxsus olduğu iddia edilən obyektlər olduğu qeyd olunub.
Livan televiziyası isə İsrail təyyarələrinin sərhəd boyunca aşağı hündürlükdə uçduğunu və bombardmanların regional miqyasda genişləndiyini bildirib.
Təhlükəsizlik qüvvələrinin bəzi ərazilərdə həyəcan səviyyələrini artırdığı qeyd olunub.