Ukrayna Xəzər dənizində Rusiyaya məxsus iki gəmini hədəfə alıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukrayna Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb.
Məlumata görə, Ukrayna Xüsusi Əməliyyat Qüvvələri “Qara qığılcım” müqavimət mərkəzi ilə əməkdaşlıq nəticəsində Rusiyaya məxsus - “Bəstəkar Raxmaninov” və “Askar-Sarıca” iki gəmi Xəzər dənizinin Kalmıkiya Respublikası sahilləri yaxınlığında vurulub.
Sözügedən gəmilərin İran və Rusiya arasında hərbi yük daşımasında iştirak etdiklərinə görə ABŞ sanksiyaları altında olduğu bildirilib.