AZ

Ümummilli Lider Heydər Əliyev Məlhəm Beynəlxalq Hospitalda anılıb FOTOLAR

Unikal.az saytına istinadən ain.az xəbər verir.

Bu gün Məlhəm Beynəlxalq Hospitalda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib. 

"Unikal" xəbər verir ki, hospitalın binasının foyesində keçirilən tədbirdə Heydər Əliyevin büstü önünə əklil qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib. 

Tədbirdə çıxış edən klinika rəhbərliyi dahi şəxsiyyətin hakimiyyətə gəldiyi dövrdən başlayaraq ölkədə gedən ictimai-siyasi proseslərdən danışıb, Heydər Əliyevin dövlətçilik ənənələrinin formalaşmasında və Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında oynadığı tarixi və misilsiz rolu barədə fikirlərini bölüşüb. 

Qeyd edilib ki, məhz Ümummilli Liderin dövlətçilik irsi bu gün də ölkəmizin həyatında yol göstərən əsas ideoloji dayaqlardan biridir. Onun müdrik siyasəti, xalqa sonsuz bağlılığı, Azərbaycanı gələcəyə aparan strateji hədəfləri ölkəmizin hər bir uğurunun təməlində dayanır. Bu gün də Ümummilli liderin ideyalarının yaşadığını, Azərbaycan xalqına miras qoyduğu siyasi irsin Möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vuğulanıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
unikal.az

1Mənbələr