AZ

Ukrayna Xəzər dənizində Rusiyanın iki gəmisini vurdu


Ukrayna Silahlı Qüvvələri Xəzər dənizində Kalmıkiya sahillərində Rusiyanın iki gəmisini vurub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri Komandanlığı “Telegram” kanalında məlumat yayıb.
Komandanlığın məlumatına görə, hücum hərbi məqsədlər üçün istifadə edilən “Bəstəkar Raxmaninov” və “Askar-Sarıca” gəmilərini hədəf alıb.
Hər iki gəmi İranla Rusiya arasında hərbi yüklərin tədarükündə iştirak etdiklərinə görə ABŞ sanksiyalarına məruz qalıb.
Ukrayna Silahlı Qüvvələrinin bildirdiyinə görə, gəmilər Ukrayna Xüsusi Əməliyyat Qüvvələri “Qara qığılcım” müqavimət mərkəzi ilə əməkdaşlıq nəticəsində vurulub.
Hücumun nəticələri ilə bağlı əlavə məlumat verilməyib.
Seçilən
1
yeniavaz.com

1Mənbələr