AZ

Slovakiya və Macarıstanda mümkün dabaq xəstəliyi riskinə qarşı fermalarda nəzarət gücləndirilib

Budapeşt, 12 dekabr, AZƏRTAC

Slovakiya və Macarıstanda heyvanlarda dabaq xəstəliyi riskinin artması fonunda hökumətlər monitorinq və profilaktik tədbirləri sərtləşdiriblər.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin baytarlıq xidmətləri qonşu regionlarda xəstəliyə dair şübhəli hallar qeydə alındığından, fermalarda vəziyyətə xüsusi nəzarətin vacibliyini bildiriblər.

Slovakiyada iri və xırdabuynuzlu heyvanların saxlandığı təsərrüfatlarda mütəmadi yoxlamalar aparılır, təsərrüfat sahiblərinə isə biosfer təhlükəsizliyi qaydalarına ciddi əməl etmək tapşırılıb. Macarıstanda da oxşar tədbirlər görülür: sərhədyanı bölgələrdə mobil nəzarət qrupları fəaliyyətə başlayıb, təsərrüfatlara giriş-çıxış məhdudlaşdırılıb və dezinfeksiya məntəqələri qurulub.

Hər iki ölkə fermerləri potensial yoluxma riskinə qarşı ayıq olmağa çağırır və xəstəlik əlamətləri aşkarlandıqda dərhal baytarlıq orqanlarına məlumat verməyi tövsiyə edir.

Vüqar Seyidov

AZƏRTACın xüsusi müxbiri

Budapeşt

Seçilən
34
2
azertag.az

3Mənbələr