AZ

Kiyev şəhəri qaranlığa qərq olub

ain.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.

Kiyevdə elektrik kəsintiləri qərbi Ukraynaya nisbətən daha uzun çəkir.

Reyting.az xəbər verir ki, bunu Ali Radanın Energetika, Mənzil və Kommunal Xidmətlər Komitəsi sədrinin birinci müavini Oleksi Kuçerenko bildirib.

Onun sözlərinə görə, Ukrayna paytaxtı əsas yarımstansiyaya dəyən ziyana görə, indi ötürülə bilməyən Rovno və Xmelnitski AES-lərdən (Atom Elektrik Stansiyası) elektrik enerjisi alır.

“Rovnoda bir atom elektrik stansiyası var, lakin Kiyev yaxınlığındakı müvafiq yarımstansiya zədələnib və biz əlavə güc götürə bilmərik. Paytaxt iki atom elektrik stansiyasından - Rovno və Xmelnitskidən asılıdır. Paytaxt üçün vacib olan transformator yarımstansiyası zədələnərsə - və zədələnibsə - o zaman enerji ötürə bilməz”, - Kuçerenko izah edib.

Sədr müavini əlavə edib ki, düşmən digər əsas yarımstansiyalara da hücum edib. Vəziyyət paytaxtın enerji obyektlərinə əvvəlki düşmən hücumları ilə daha da mürəkkəbləşib.

“Burada öz enerji bloklarımız ciddi şəkildə zədələnib və şəhərdə çatışmazlıqlar var. Kiyev bu qış elektrik enerjisi kəsintiləri ilə üzləşəcək. Lakin qrafiklər dəyişə bilər”, - deyə millət vəkili yekunlaşdırıb.

V.QULİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
64
reyting.az

1Mənbələr