ain.az bildirir, Demokrat.az portalına istinadən.
"Türkmənistan faktiki olaraq bu yaxınlara qədər çox qapalı siyasət yürüdürdü. Çünki rəsmi şəkildə ölkənin statusu neytral dövlət kimi qeyd olunub və bu status hələ də qüvvədədir. Ancaq illər keçdikcə görürük ki, inteqrasiya məsələlərində gecikmələri həm siyasi, həm də iqtisadi baxımdan ona zərər gətirməyə davam edir".Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. "Xüsusilə də Türkmənistana yaxın qonşu dövlət Azərbaycan dəfələrlə rəsmi şəkildə təklif edib ki, birlikdə çalışaq, inteqrasiya proseslərindən fayda götürək və irəliləyək. Azərbaycan artıq özünün faydalılıq əmsalını göstərib və təsir edib. Amma Türkmənistan bu prosesdə bir qədər ləng tərpənir və bunu “gözləmə strategiyası” ilə əsaslandırır. Əslində isə bu gözləmə strategiyası ümumiyyətlə effektiv deyil".O bildirib ki, Türkmənistan və Azərbaycan arasında normal münasibətlər mövcuddur:"Digər tərəfdən, yeni şərtlər, risklər və şərait tələb edir ki, ölkələrimiz bazar iqtisadiyyatında daha fəal, çevik və uzaqgörən olsun.
Bizim bölgədə bütün ölkələrlə münasibətlərimiz var. Türkmənistanla Azərbaycan və Əfqanistan arasında üçtərəfli format yaradılmışdı, amma Əfqanistan hökumətinin dəyişməsi bu prosesə mane oldu. Bununla belə, həmin formatın aktuallığı hələ də şübhə altına alınmır. Çünki Əfqanistan vacib geosiyasi məkandır, digər tərəfdən Çin Xalq Respublikasına qədər uzanan geniş bir xətt formalaşır və Azərbaycan da bu xəttin strateji nöqtəsində dayanır".Politoloq deyib ki, bu təsadüf deyil:"Çünki ölkələrimizin əməkdaşlığa hazır olması reallıqdır və bütün köhnə maneələr aradan qaldırılmalıdır. Həmçinin birlikdə fəaliyyətimizin ölkələrimizə və xalqlarımıza xeyir gətirdiyini görürük.
Türkmənistanın siyasi elitası, xüsusilə də Berdiməhəmmədov ailəsinin hakimiyyətdə olan nümayəndələri ilk növbədə ölkənin regional proseslərdə iştirak imkanlarını düzgün qiymətləndirməlidir. Məsələn, Azərbaycanın Belarusun nə təklif etdiyinə baxılmalıdır. Biz sosial dövlət quruculuğu sahəsində böyük təcrübə toplamışıq və inanmıram ki, bu prosesdən qardaşlarımız kənarda qalmaq istəyəcəklər".Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.