Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“GALLUP International Association” sorğu mərkəzi respondentlərə “Gələn bazar günü seçki keçirilsəydi kimə səs verərdiniz?” sualı ilə müraciət edib.
“Cebheinfo.az”-ın məlumatına görə, nəticələri sorğu mərkəzinin rəhbəri Aram Navasardyan keçirdiyi mətbuat konfransında açıqlayıb. Rəyi soruşulanların 16,5 faizi Baş nazir Nikol Paşinyanın liderlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasına səs verməyə hazır olduğunu bildirib. Sorğular hakim partiyanın reytinqinin təxminən 0,7-0,8 faiz aşağı düşdüyünü göstərir.
Buna baxmayaraq, Nikol Paşinyanın partiyası birinciliyi qoruyub saxlaya bilir. Sorğunun nəticələrinə görə, respondentlərin 7,2 faizi Samvel Karapetyanın “Bizim Yolumuz” hərəkatına səs verəcəyini bildirib.
“Hərəkatın reytinqində əhəmiyyətli dərəcədə azalma qeydə alınıb. Avqust ayında isə əhəmiyyətli artım qeydə alınmışdı. Səhv etmirəmsə, reytinqləri 13,2-13,4 faiz təşkil edirdi. Bu göstəricini saxlamaq mümkün deyildi. Əvvəlcə, hərəkatın reytinqindəki irəliləyişin Samvel Karapetyanın imici ilə bağlı olduğunu demişdim.
Lakin mən hərəkat üzvlərinin sonrakı işlərinin onların fəaliyyətini müəyyən dərəcədə artıracağına ümid edirdim. Amma biz bunun əksini görürük. Hesab edirəm ki, onlar işlədikləri formata və məzmuna çox diqqət yetirməlidirlər”, - deyə Navasardyan bildirib. Eks-prezident Robet Köçəryanın liderlik etdiyi “Ermənistan” bloku sorğuda səslərin 6,8 faizini toplayıb və əvvəlki sorğu ilə müqayisədə cüzi müsbət dəyişiklik qeydə alınıb.
“Çiçəklənən Ermənistan” Partiyasının reytinqində uzun müddətdir ki, dinamik artım müşahidə olunur və bu göstərici 4,5 faizə çatıb. Respondentlərin 3,8 faizi bloger Vardan Qukasyanın Demokratiya, Qanun və İntizam Partiyasına, 2,7 faizi isə sabiq prezident Serj Sarkisyanın sədrlik etdiyi Ermənistan Respublika Partiyasına səs verməyə hazır olduqlarını deyiblər.
Ermənistan Meritokratik Partiyasına 2,3 faiz, Birlik Qanadları Partiyasına 1,5 faiz, Respublika Partiyasına 1,5 faiz, “Daşnaksütyun” Erməni İnqilabi Federasiyasına 1,4 faiz, “Parlaq Ermənistan” Partiyasına 1,2 faiz və eks-prezident Loevon Ter-Petrosyanın liderlik etdiyi Erməni Milli Konqres Partiyasına 1,2 faiz respondent səs verməyə hazır olduğunu bildirib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.