AZ

Taksi sərnişini çəkə bilər? Açıqlama

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Taksi xidməti həyata keçirən avtobillərdəki kameralar bəzən narazılığı da səbəb olur.

Müəyyən hallarda müştərilən aparılan çəkilişdən narahat olur, yayıla biləcəyindən ehtiyat edirlər.

Bəs bu məsələ necə tənzimlənir?

Ümumiyyətlə, sərnişinin üzünün çəkilməsi doğrudurmu?

Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Gununsesi.info-ya danışıb.

Onun sözlərinə görə, taksidə istismar olunan avtomobillərdə video-qeydiyyat olmalı, həm içərini, həm də çölü çəkməlidir.

O, həmçinin deyib:

“Bu, təhlükəsiz daşınmanı həyata keçirmək üçün vacib olan amillərdən biridir və cəmiyyətin sifarişidir. Necə ki, qatarda, avtobusda kameralar var, taksidə də olmalıdır. Sadəcə, taksidə aparılan çəkiliş yanlız sərnişinin icazəsi ilə yayıla bilər. O cümlədən hansısa qanun pozuntusu halında yayıla bilər. Digər hallarda bu görüntülərin yayılması qadağandır”.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
icma.az

1Mənbələr