AZ

Ukrayna Rusiyanın iki hərbi yük gəmisini vurdu

Ukrayna Xəzər dənizində Rusiyaya məxsus iki hərbi yüklü gəmini zərərsizləşdirdiyini elan edib.

News365.az xəbər verir ki, Ukraynanın xüsusi təyinatlı qüvvələri əməliyyatın Rusiya üçün strateji əhəmiyyət daşıyan logistika marşrutuna ciddi zərbə olduğunu bildirib.

Məlumata görə, zərbə Kalmykiya sahilləri yaxınlığında endirilib və əməliyyat yerli müqavimət qrupu — “Black Spark”la birgə həyata keçirilib. Ukrayna tərəfi əməliyyatın dəqiq vaxtı barədə açıqlama verməsə də, iki gəminin hərbi yüklərlə dolu olduğu qeyd olunur.

Vurulduğu iddia edilən gəmilərin adları da açıqlanıb: “Composer Rakhmaninoff”“Askar-Sarydzha”. Hər iki gəmi ABŞ tərəfindən sanksiyalaşdırılıb və iddialara görə, Rusiya ilə İran arasında hərbi təchizat daşımaq üçün istifadə olunurdu.

Rusiya hadisə ilə bağlı hələlik rəsmi mövqe bildirməyib.

News365.az 

Seçilən
43
news365.az

1Mənbələr