AZ

Keçmiş həyat yoldaşını uşağının qarşısında qətlə yetirib- BU ÖLKƏDƏ...

Ajans.az RIA Novosti-yə istinadən xəbər verir ki, məhkum maksimum təhlükəsizlikli koloniyada 20 il müddətinə azadlıqdan məhrum edilib, cəza müddəti başa çatdıqdan sonra isə əlavə olaraq iki il müddətinə azadlıqdan məhrumetmə qəti olunub. Məhkəmənin qərarında bildirilir ki, kişi Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “d” bəndi (xüsusi amansızlıqla qətl), 117-ci maddənin 1-ci hissəsi (işgəncə vermə) və 112-ci maddənin 2-ci hissəsinin “c” bəndi (azyaşlının sağlamlığına qəsdən zərər vurma) üzrə təqsirli bilinib. İstintaq materiallarına əsasən, 2023-cü ilin noyabrında kişi keçmiş həyat yoldaşının mənzilinə öz açarı ilə daxil olub və qadına çəkiclə bədəninə və başına çoxsaylı zərbələr endirib. Daha sonra o, qadına bıçaq xəsarətləri də yetirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Cinayət anında cütlüyün azyaşlı oğlu mənzildə olub və baş verənləri görüb. İstintaq müəyyən edib ki, atanın hərəkətləri uşaqda orta dərəcəli bədən xəsarəti kimi qiymətləndirilən mənəvi zərər doğurub. Araşdırma həmçinin göstərib ki, kişi 2016-cı ildən etibarən birlikdə yaşadıqları müddətdə, o cümlədən qadın hamilə olarkən və uşaq dünyaya gəldikdən sonra müntəzəm şəkildə ona qarşı fiziki zorakılıq tətbiq edib. Məhkəmə həm uşaq, həm də mərhumun anası üçün mənəvi zərərin ödənilməsinə dair kompensasiya müəyyən edib: uşağa 3 milyon rubl, qadının anasına isə 2 milyon rubl ödənilməsi qərara alınıb. Höküm hələlik qanuni qüvvəyə minməyib.

 

Seçilən
32
Ajans.az

1Mənbələr