ain.az, Demokrat.az portalına istinadən məlumat verir.
Müəllimlərin sertifikatlaşdırılması prosesi təhsil keyfiyyətinin yüksəldilməsi üçün mühüm addımdır. Bu sistem müəllimlərin bilik və peşə bacarıqlarını obyektiv qiymətləndirməyə imkan verir”.Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəm deyib.O bildirib ki, sertifikasiya müəllimləri müasir tədris metodlarına uyğunlaşmağa həvəsləndirir:“Sertifikat alan müəllimlər həm karyera imkanları, həm də maddi stimullar baxımından üstünlüklər qazanırlar. Bu, məktəblərdə peşəkar rəqabəti gücləndirir və müəllimləri davamlı təkmilləşməyə təşviq edir. Sertifikasiyanın tətbiqi ilə müəllimlərin güclü və zəif tərəfləri aydın görünür, buna uyğun dəstək mexanizmləri qurula bilər. Hazırlıq kursları və metodiki seminarlar müəllimlərin inkişafını daha da sürətləndirir. Sinifdə tədrisin keyfiyyəti yüksəlir və şagirdlərin öyrənmə nəticələri yaxşılaşır. Sistem həm də təhsil sahəsində şəffaflıq yaradır və valideynlərin məktəbə inamını artırır”.Onun sözlərinə görə, sertifikasiya təhsilin dayanıqlı inkişafına, müəllimlərin peşəkar identifikasiyasına və motivasiyasına xidmət edir:“Burada məqsəd cəza vermək deyil, müəllimlərin dəstəyini təmin etmək və sistemdə keyfiyyət standartlarını yüksəltməkdir. Bu yanaşma uzunmüddətli perspektivdə Azərbaycan təhsilinin dünya standartlarına yaxınlaşmasına yardım edəcək. Belə bir mexanizm həm müəllim, həm də şagird üçün faydalıdır və təhsilin dayanıqlı inkişafını təmin edir”.Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.