Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində özünəməxsus rolu olan böyük şəxsiyyətdir. O, xalqın tələbi ilə hakimiyyətə gəldi və həyatının məqsədini dövlətçiliyimizi, milli kimliyimizi və mədəniyyətimizi qorumağa həsr etdi”. Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə deyib.O bildirib ki, Heydər Əliyev fəaliyyət göstərdiyi bütün sahələrdə əsas məqsəd kimi xalqın maraqlarını önə çıxarmışdır:“Təhlükəsizlik orqanlarına rəhbərlik etdiyi dövrdə bu qurumları cəzalandırıcı strukturlardan xalqın müdafiəsini təmin edən orqanlara çevirdi. Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə isə ölkəmizi geri qalmış respublikadan ittifaqın ən inkişaf etmiş respublikalarından birinə gətirdi. O, eyni zamanda milli kadrların yetişdirilməsinə xüsusi diqqət göstərdi ki, bu kadrlar Azərbaycanın gələcək inkişafını təmin edə bilsinlər. Bu gün əminliklə söyləmək olar ki, Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin arxasında Ulu Öndərin əməyi dayanır. Ulu Öndərin anım günündə biz onun xalqımız üçün gördüyü misilsiz xidmətləri bir daha xatırlayır və dərin ehtiramla yad edirik. Onun ideyaları bu gün də dövlətimizin möhkəmlənməsi və inkişafında əsas prinsip kimi qalır.”Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.