AZ

AB ni parçalama planı: ABŞ nin Avropaya yeni geosiyasi təzyiqi

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

ABŞ-nin Avstriyanı Avropa Birliyindən ayırmaq niyyəti olduğuna dair iddialar ölkənin daxili işlərinə qəbuledilməzdir müdaxilədir.

Bu barədə Avstriyanın federal kansleri Kristian Stoker deyib.

“Suveren dövlət olaraq, Avstriya öz siyasi qərarlarını yalnız Avstriya xalqının iradəsinə əsaslanaraq qəbul edir. Avstriya heç bir halda kənar şəxslərin ölkənin daxili siyasi kursuna təsir etmək cəhdlərini qəbul etməyəcək”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə “Defense One” jurnalı ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyasından bir sıra çıxarışlar dərc etmişdi. Bu çıxarışlara əsasən, ABŞ-nin bir neçə Avropa dövləti – Avstriya, Macarıstan, İtaliya və Polşanı AB-dən ayırmaq üçün səylərini gücləndirəcəyi qeyd olunur.

Mətndə, həmçinin Avropa Birliyinin miqrasiya siyasəti və söz azadlığına qoyulan məhdudiyyətlər səbəbindən sivilizasiya kimi yoxa çıxdığı iddia edilir.

Bəs görəsən, ABŞ-nin Avstriya, Macarıstan, İtaliya və Polşanı AB-dən ayırmaq cəhdinin geosiyasi motivləri nə ola bilər?

ABŞ-nin bu ölkələri Avropa Birliyindən ayırmaq niyyəti barədə yayılan məlumatlar rəsmi şəkildə təsdiqlənməsə də, belə bir strategiyanın arxasında bir neçə mühüm geosiyasi motiv ola bilər. Onların hər biri ABŞ-AB münasibətlərində uzun illərdir davam edən güc balansı savaşının elementidir.

Ümumiyyətlə, son illər Brüsseldə “strateji avtonomiya” ideyası güclənir. Vaşinqton üçün bu, NATO-da liderliyinin zəifləməsi deməkdir.

AB nə qədər zəif olsa, ABŞ o qədər dominant olur.

ABŞ özlüyündə ənənəvi olaraq Avropaya “blok” kimi yox, ayrı-ayrı dövlətlər kimi yanaşmağı üstün tutur. Çünki fərdi dövlətlərlə danışıqlar aparmaq daha asandır, müqavimət gücü azalır, ABŞ-nin diktə etdiyi təhlükəsizlik və enerji siyasəti daha asan qəbul olunur.

Əgər bu iddialar doğru olsa, ABŞ-nin əsas məqsədi AB-ni zəiflətmək, Avropanı yenidən Vaşinqtonun təhlükəsizlik və enerji orbitinə qaytarmaq, qlobal rəqabətdə isə Çin və Rusiyanı balanslaşdırmaqdır.

Elmar

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
icma.az

1Mənbələr