Madrid “Real”ı hücumçu Vinisius Juniorla yeni müqavilə danışıqlarında son mövqeyini açıqlayıb.
İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, klub braziliyalı futbolçunun nümayəndəsinə şərtlərin daha da yaxşılaşdırılmayacağını bildirib.
Rəhbərlik Vinisiusa açıq şəkildə ultimatum verib: ya əvvəlcə təklif olunan müqaviləni qəbul edəcək, ya da yay transfer pəncərəsində satışa çıxarılacaq.
Qeyd edək ki, noyabr ayında 25 yaşlı hücumçunun “Real”la yeni müqavilə üzrə razılığa gələ bilməməsi fonunda ona “Mançester Siti”, “Çelsi” və Səudiyyə Ərəbistanı klublarının maraq göstərdiyi iddia olunmuşdu.
Vinisius 2018-ci ildən “Real”ın formasını geyinir. Braziliyalı forvard 2025/26 mövsümündə keçirdiyi 22 matçda 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.