AZ

Mark Rutte: Rusiyanın növbəti hədəfi bizik

Mark Rutte: Rusiyanın növbəti hədəfi bizik

NATO Baş Katibi Mark Rutte bildirib ki, Qərbdə Rusiya təhdidinə qarşı kifayət qədər təcililik hissi yoxdur. Rutte “Rusiyanın növbəti hədəfi bizik. Zaman bizim xeyrimizə deyil, indi hərəkət etməliyik” deyib.

Bu fikirləri Mark Rutte Münhen Təhlükəsizlik Konfransı tərəfindən Berlin-də Almaniya Xarici İşlər Naziri Yohan Vadefulun moderatorluğu ilə təşkil olunan paneldə çıxışı zamanı ifadə edib.

Baş Katib “Bu gün buradayam ki, sizə NATO-nun harada dayandığını və müharibə başlamazdan əvvəl onu dayandırmaq üçün nə etməli olduğumuzu izah edim. Rusiyanın növbəti hədəfi bizik” deyə vurğulayıb.

Son bir ildə müdafiə istehsalının artdığına diqqət çəkən Rutte hələ tərif etmə vaxtı olmadığını əlavə edib: “Təəssüf ki, çox insan sakitcə biganə qalır. Çoxu təcililik hissini yaşamır və çoxu zamanın bizim xeyrimizə işlədiyinə inanır. Belə deyil. Hərəkət etməyin vaxtı indi gəlib çatıb”.

Müdafiə xərcləri və istehsal sürətlə artırılmalıdır

Baş Katib bildirib ki, müdafiə xərcləri və istehsalı sürətlə artırılmalıdır: "Silahlı qüvvələrimiz ehtiyac duyduqları vasitələrə sahib olmalıdır. Ukrayna indi özünü müdafiə etmək üçün ehtiyac duyduqlarına malik olmalıdır”.

Rutte qeyd edib ki, Rusiya bu il NATO və Ukraynaya qarşı daha cəsarətli, biganə və amansız davranıb və bu ölkənin ayda təxminən 2 900 silahlı pilotsuz uçuş aparatı istehsal etdiyi güman edilir.

Ukraynada sülh müqaviləsinin Milad bayramından əvvəl əldə olunması ehtimalı barədə sualı cavablandıran Rutte “Bunu demək çətindir” deyib.

ABŞ-ın rəhbərliyi ilə müttəfiqlərin bunun üçün böyük səylər göstərdiyini vurğulayan Baş Katib “Ukrayna məsələsində ABŞ və Avropanın eyni mövqedə olacağına inanıram? Bəli, əminəm. Məncə bunu bacara bilərik. Rusların qəbul edəcəyinə əminəm? Bilmirəm” deyə əlavə edib.

Rutte bunun Rusiyanın yaxın gələcəkdə qarşılaşacağı böyük sınağı olcağını vurğulayıb.

ABŞ-ın milli strategiyası

Rutte ABŞ-ın Avropaya dair çox müzakirə olunan tənqidlərini şərh edərək “Strategiya əslində Avropa təhlükəsizliyinə tam bağlılığı, NATO-ya tam bağlılığı və Avropa-Atlantik bölgəsini yalnız birlikdə hərəkət edərək qoruya biləcəyimiz həqiqətinə sadiqliyi nəzərdə tutur. Bununla bağlı müzakirə ediləcək çox şey var, amma əsas mahiyyət budur” deyib.

Seçilən
83
afn.az

1Mənbələr