AZ

Ukrayna Xəzər dənizində iki Rusiya tankerini vurdu

Ajans.az xəbər verir ki,bu barədə XƏQ-in mətbuat xidməti məlumat yayıb. Əməliyyat zamanı XƏQ operatorları Kalmıkiya sahillərində silah və hərbi texnika daşıyan iki Rusiya gəmisini vurublar. Məruz qalmış gəmilər “Kompozitor Raxmaninov”“Askar-Sarıja” adlanır. Hər iki gəmi hərbi məqsədlər üçün istifadə olunur və Tehran ilə Moskva arasında hərbi təchizat daşımalarında iştirak etdiklərinə görə ABŞ sanksiyalarına məruz qalıblar. XƏQ mətbuat xidməti açıqlamasında bildirib: “Xüsusi Əməliyyat Qüvvələri Rusiya ordusunun hücum imkanlarını sarsıtmaq üçün asimmetrik əməliyyatlara davam edir.” Qeyd edək ki, bu, Ukraynanın son iki gündə Xəzər dənizində ikinci əməliyyatıdır. 11 dekabrda ölkənin Təhlükəsizlik Xidməti Xəzər dənizindəki neft platformasına dronlarla zərbə endirmişdi. Bu, Kiyevin bölgədəki Rusiya neft hasilatı müəssisəsinə qarşı ilk əməliyyatıdır.

 

Seçilən
7
Ajans.az

1Mənbələr