
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
2025-ci ilin Birləşmiş Millətlər (BM) Baş Assambleyası tərəfindən “Beynəlxalq Sülh və Təhlükəsizlik İli” elan olunması və Türkmənistanın daimi neytrallıq statusunun 30 illiyi münasibətilə təşkil edilən “Beynəlxalq Sülh və Təhlükəsizlik Forumu”na qatılmaq üçün Türkmənistanın paytaxtı Aşqabadda olan Ərdoğan Forum çərçivəsindəki görüşlərini davam etdirir.
Forumdan sonra qaldığı oteldə Rusiya Prezidenti Putinlə görüşən Prezident Ərdoğanı Xarici İşlər Naziri Hakan Fidan, Energetika və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Prezident Administrasiyası Kommunikasiya Şöbəsinin rəhbəri Burhanettin Duran, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik Baş Məsləhətçisi Akif Çağatay Kılıç və AK Partiya Ümumi Katibinin müavini Halit Yerebakan müşayiət edib.