AZ

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar ANAMA heyəti Fəxri Xiyabanı ziyarət edib

Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti və struktur bölmələrinin rəhbərləri Fəxri xiyabanı ziyarət edib.

Müstəqil dövlətimizin memarı və qurucusu, görkəmli dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

XQ

 

Seçilən
41
2
xalqqazeti.az

3Mənbələr