Bakı. Trend:
Qəzzada leysan yağışlarının səbəb olduğu daşqınlar və torpaqsürüşmələri ilə əlaqədar azı 12 nəfər həyatını itirib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Fələstin anklavında təbii fəlakət azı 13 binanınçökməsinə səbəb olub. Hadisə yerində axtarış-xilasetmə işləri davametdirilir, dağıntılar altında sağ qalanların ola biləcəyi istisnaedilmir.
Fırtına nəticəsində qaçqın düşərgələri su altında qalıb, ocümlədən Qəzza sektorunun cənubunda, Xan-Yunis şəhəri yaxınlığındayerləşən humanitar zona Əl-Məvasi də sel sularına qərq olub.
27 mindən çox məcburi köçkün çadırı güclü külək və selnəticəsində ya dağılıb, ya da tam yararsız hala düşüb. Təbiifəlakət anklavın mərkəzində yerləşən Nuseyrat bazarını, eləcə dəQəzza şəhərindəki liman rayonunu da əhatə edib.