AZ

Havanın temperaturu 5-7 dərəcə aşağı enəcək

Bu barədə AzVision.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək. Bakıda və Abşeron yarımadasında dekabrın 13-ü axşamdan 14-ü gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 13-ü axşamdan 14-ü gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə leysan xarakterli intensiv olacağı, bəzi yerlərdə qara keçəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

AzVision.az
Seçilən
0
49
azvision.az

10Mənbələr