Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
““Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədi hazırkı sülh prosesinə müəyyən mənada ziddiyyət təşkil edən elementlərə malikdir. Sənədin bəzi müddəaları Azərbaycan və Ermənistan arasında hərbi və siyasi məsələlərin həlli kontekstində balanssız təsvir edilə bilər”.Bunu siyası şərhçi Kənan Məmmədli Demokrat.az-a açıqlamasında deyib.O bildirib ki, orada Ermənistanın mövqelərinin xüsusi vurğulanması və Azərbaycanın baxışlarının kifayət qədər əks olunmaması, sülh danışıqlarında tərəfsizlik prinsiplərinə zidd görünür:“Bəzi məqamlar münaqişənin səbəblərinə tarixi baxışla yanaşır, bu isə regionda mövcud real vəziyyətlə tam uyğun gəlmir. Sənəd həmçinin sərhəd və ərazi məsələlərini daha çox Ermənistan perspektivindən təqdim edir ki, bu, diplomatik prosesə əlavə gərginlik gətirə bilər. Bakı ilə İrəvan arasındakı hazırkı sülh prosesi ikitərəfli razılaşmalar və güvən mexanizmləri üzərində qurulub. Sənədin bəzi bəndləri bu mexanizmlərin effektivliyinə təsir edə və tərəflər arasında etimadı zəiflədə bilər. Həmçinin sənəd Avropa İttifaqının vasitəçilik rolunu vurğulasa da, tərəflərin bərabər iştirakını təmin etmə məsələsi tam həll olunmayıb”. O qeyd edib ki, belə yanaşmalar sülh prosesini ləngidə, tərəflər arasında anlaşılmazlıq yarada bilər:“Sənədin bəzi hissələri iqtisadi və humanitar əməkdaşlıq perspektivlərini dəstəkləyir ki, bu müsbət məqamdır. Sənəd regiondakı real dinamikanı tam əks etdirmir və balanslaşdırılmış baxış tələb edir. Avropa İttifaqının tərəfsiz mövqeyi sülh prosesinin davamlılığı üçün kritikdir. Bakı və İrəvanın maraqları nəzərə alınmadan qəbul edilən hər hansı sənəd uzunmüddətli nəticələr üçün risk daşıyır. Sülh prosesinin möhkəmlənməsi üçün sənədlərin hər iki tərəfin baxışlarını ədalətli şəkildə əks etdirməsi vacibdir”. Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.