ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ höküməti "Los Çoneros" cinayətkar qruplaşmanln başçılarından birinin tutulması üçün məlumat verən şəxsə mükafat vəd edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, mükafatın həcmi 5 milyon dollardır.
"Çurron" ləqəbli Fransisko Manuel Bermudes Kaqua xeyli vaxtdır axtarışdadır. Narkotik və silah qaçaqmalçılığı ilə məşğul olan "Los Çoneros" nəinki Ekvadorun, bütünlükdə Cənubi Amerikanın ən təhlükəsi cinayətkar qruplaşmalarından biridir.
Yeri gəlmişkən ki, bu ilin sentyabrında ABŞ Dövlət Departamenti "Los Çoneros"u terror təşkilatları siyahısına salıb. Ekvador hökuməti isə bunu 2024-cü ilin yanvarında etmişdi.
L.Tağıyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.