ain.az bildirir, Reyting.az portalına istinadən.
Türkiyə Ukraynada sülhə nail olmaq üçün bütün səyləri dəstəkləməyə hazırdır.
Reyting.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 2025-ci ili “Beynəlxalq Sülh və Etimad İli” elan etməsi və Türkmənistanın daimi bitərəfliyinin 30-cu ildönümü münasibətilə Aşqabadda təşkil olunan Beynəlxalq Forumda çıxışı zamanı deyib.
Ərdoğan Türkmənistanın müstəqilliyini tanıyan ilk ölkə kimi Türkiyənin onun daimi bitərəflik statusunu fəal dəstəklədiyini, bütün sahələrdə əlaqələri inkişaf etdirməyə və qarşılıqlı həmrəyliyi gücləndirməyə davam etdiyini, iki xalq arasında münasibətlərin sıx əlaqələr sayəsində inkişaf etdiyini xatırladıb.
ELÇİN
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.