AZ

Yeni amfibiya növü kəşf edilib  

Braziliyalı alimlər Atlantik okeanı yaxınlığında, Santa-Katarina ştatındakı ucqar Serra-du-Quiriri dağ silsiləsində yeni amfibiya növü kəşf ediblər. Ölçüsü təxminən 14 mm olan qurbağa “Brachycephalus lulai” adlandırılıb.

Tədqiqatçıların sözlərinə görə, qurbağa dağlıq ərazilərin meşə örtüyündə yaşayır. “Brachycephalus” cinsinin nümayəndələri parlaq rəngləri və son dərəcə kiçik ölçüləri ilə tanınırlar. Hazırda elmə bu cinsdən 42 növ məlumdur.

Ülkər XASPOLADOVA ,

“Azərbaycan”

Seçilən
19
azerbaijan-news.az

1Mənbələr