AZ

Marsda qeyri-adi qaya  

“Perseverance” roveri Marsda alimləri təəccübləndirən qeyri-adi qaya forması aşkarlayıb. Jezero kraterinin yaxınlığında tapılan və “Phippsaksla” adlandırılan bu qaya ətraf mühitə tam uyğun gəlmir.

NASA mütəxəssisləri onun böyük ehtimalla metal meteorit olduğunu düşünürlər. Vernodden zonasının tipik düz və aşınmış qayalı mənzərəsində “Phippsaksla” öz ölçüsü, forması və səth quruluşu ilə dərhal seçilir. “Mastcam-Z” görüntüləri qayanın rəng çalarlarının və teksturasının ətrafdakı qayalardan tam fərqli olduğunu göstərir.

“SuperCam” analizləri qayanın dəmir və nikel baxımından çox zəngin olduğunu müəyyən edib ki, bu da qədim asteroidlərin nüvələrindən qopan metal meteoritlərə xasdır. Bütün sübutlar onun Marsa kənardan düşmüş meteorit olması ehtimalını gücləndirsə də, NASA hələ rəsmi təsnifat verməyib. Alimlər Marsın geoloji prosesləri ehtimalını tam istisna etdikdən sonra qayanın meteorit kimi tanınmasına qərar verəcəklər.

Ülkər XASPOLADOVA ,

“Azərbaycan”

Seçilən
59
azerbaijan-news.az

1Mənbələr