AZ

Rusiyanın neft gəlirləri kəskin azalıb

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiyanın neft gəlirləri təxminən 15 % azalaraq 2022-ci ildən bəri ən aşağı səviyyəyə enib.

"Cebheinfo.az" xəbər verir ki, Beynəlxalq Enerji Agentliyi (BEA) bildirib ki, Rusiyanın neft və neft məhsullarının ixracından əldə etdiyi gəlirlər Ukraynada “xüsusi hərbi əməliyyat”ın başladığı 2022-ci ilin fevral ayından bəri ən aşağı səviyyəyə düşüb.

Məlumata görə, Rusiyanın neft gəlirləri 2025-ci ilin noyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 15 % azalaraq 11 milyard dollara enib.

Bu rəqəm oktyabr ayı ilə müqayisədə 1,9 milyard dollar, ötən ilin noyabrı ilə müqayisədə isə 3,6 milyard dollar azdır.Noyabr ayında Rusiyanın gündəlik neft ixracı təxminən 400 min barel azalaraq 6,9 milyon barelə düşüb. BEA bu azalmanın səbəbini alıcıların daha sərt sanksiyaların təsirlərini və risklərini qiymətləndirməsi ilə izah edib.

Qeyd olunur ki, qlobal alıcılar sanksiyalar səbəbindən daha ehtiyatlı davranır və alışlarını azaldırlar.

Bu vəziyyət Rusiyanın neft gəlirlərinə birbaşa təsir edərək, ölkənin büdcə və iqtisadi planlaşdırmasında yeni çətinliklər yaradır.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
1
cebheinfo.az

2Mənbələr