ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
İstanbul Cümhuriyyət Baş Prokurorluğunun futbolda qanunsuz mərc fəaliyyətləri ilə bağlı apardığı istintaq çərçivəsində haqqında həbs qərarı çıxarılan, sonradan səhhətində yaranan problemə görə xəstəxanaya yerləşdirilən keçmiş hakim və məşhur futbol şərhçisi Ahmet Çakar bu gün ifadə verib.
525.az “Milliyet”ə istinadən xəbər verir ki, xəstəxanadakı müalicəsini başa vuran Çakar bu gün Çağlayandakı İstanbul Məhkəməsinə gəlib və prokurorun suallarını cavablandırıb.
İfadə verdikdən sonra ədliyyə binasını tərk edən Ahmet Çakarın Türkiyədən çıxışına qadağa qoyulub.
İbrahim Cəfərov
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.