AZ

Şəhid atası: Qürur duyuruq ki, torpaqlarımız azad edilib və biz suveren, müstəqil dövlətdə yaşayırıq

Bakı, 12 dekabr, AZƏRTAC

Bu gün Azərbaycan dövlətinin və dövlətçiliyinin yaradıcısının, memarının, Ulu Öndər Heydər Əliyevin anım günüdür. O, Azərbaycan tarixi üçün ən tanınmış və nüfuzlu rəhbərlərdən biridir. Həmçinin Ümummilli Liderin müəllifi olduğu Konstitusiya əsasında bu gün ölkəmizə onun güvəndiyi, ən çox inandığı şəxs – Prezident İlham Əliyev rəhbərlik edir.

Bunu AZƏRTAC-a müsahibəsində Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov bildirib.

Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirdiyini vurğulayan şəhid atası əlavə edib: “Xalqımızın birliyi, Ordumuzun rəşadəti, eləcə də dövlətimizin başçısının qətiyyətli iradəsi sayəsində 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandıq. Eləcə də birgünlük antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olundu. Beləliklə, ölkəmizin yeni tarixi qızıl hərflərlə yazıldı. Bu tarixin yazılmasında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyinin, şəhidlərimizin, əsgər və zabitlərimizin böyük əməyi var. Bu gün biz qürur duyuruq ki, torpaqlarımız düşmən işğalından azad edilib və biz suveren, müstəqil dövlətdə yaşayırıq”.

Seçilən
40
azertag.az

1Mənbələr