Pakistanın Baş naziri Şahbaz Şərif Vladimir Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Aşqabadda apardığı danışıqlara qısa müddət ərzində qatılıb.
"Yeni Sabah" xəbər verir ki, Rusiya və Türkiyə liderləri təkbətək formatda müzakirələrini davam etdiriblər.
Danışılar uzandığından Putinin Şəriflə görüşü gecikib. O, Rusiya prezidentini 40 dəqiqə gözləməli olub. Səbirsiz Pakistan Baş nazir Rusiya və Türkiyə liderlərinin danışıqlarını davam etdirdiyi otağa daxil olmaq qərarına gəlib.
Bir müddət otaqda qaldıqdan sonra Pakistanın Baş naziri otağı tərk edib, Putinlə Ərdoğan dialoqlarını davam etdiriblər.
Rusiya və Türkiyə liderləri arasında görüş təxminən saat yarım davam edib.
Telegram kanalımız