AZ

Tanınmış bloger FIRILDAQÇI ÇIXDI – Yaşlıları 13 600 000 manat ZİYANA SALDI

Qanalı tanınmış bloger yaşlı amerikalıları 8 milyon dollar (təxminən 13 600 000 manat) ziyana salıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qana əsilli məşhur bloger “Abu Trica” ləqəbli Frederik Kumi ABŞ-da yaşlı vətəndaşları hədəf alan “romantik fırıldaqçılıq” şəbəkəsini idarə etməkdə ittiham olunaraq həbs edilib.

Prokurorların məlumatına görə, 31 yaşlı bloger süni intellekt vasitəsilə saxta onlayn şəxsiyyətlər yaradıb.

O, tanışlıq saytlarında qurbanlarının etibarını qazandıqdan sonra təcili tibbi ehtiyaclar və ya investisiya bəhanəsi ilə onlardan ümumilikdə 8 milyon dollardan çox pul mənimsəyib.

İnstaqramda lüks həyatını nümayiş etdirən Kuminin ABŞ-a ekstradisiyası gözlənilir. Əgər günahı sübut olunarsa, onu 20 ilə qədər həbs cəzası gözləyir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
74
interpress.az

1Mənbələr