AZ

Yaşam ehtiyacı

Xəbərlər həyatımızın bütün sahələrini əhatə edən bir yaşam ehtiyacıdır. Hər addımımız bir xəbərdir. Hər kəsə lazım olan xəbər isə eynш deyildir, ümumxalq xəbərləri istisna olmaqla…
Ola bilər ki, bu fikirlə, bu yazımla hər kəs razılaşmasın. Çünki bu barədə fikirlər fərqlidir. Məncə, insan yaranandan bəri xəbər axtarmışdır. Yaşam ehtiyaclarının ödənilməsi üçün bilik, xəbər, məlumat vacibdir. Bütün axtarışların nəticəsi bu. Bu üç söz də əslində eyni məlumat daşıyır.
Xəbər saytlarında və qəzetlərində xəbərlərin bütün sahələri üzrə bölmələri var.
Ümumiyyətlə, hazırki dövrdə hər kəs özünə lazım olan bütün məlumatı internet bölmələrində axtarır. Bu suala onlarla cavab var. Bəziləri seçməkdə çətinliyi çəkir, kimlərləsə məsləhətləşməyə ehtiyac duyur. Məsləhət də xəbərdir.
Onu da deyim ki, daxili orqanların təlatümü də bir xəbərdir və eyni zamanda xəbərin dəqiqləşdirilməsinə ehtiyac duyur. Duyduğumuz xəbərin müalicəsi də xəbərdən alınır. Yəni, xəbər bütün ehtiyaclarımızı əhatə edir.
Öyrənilənlərin 90%-i isə beynin stimullar istehsal etdiyidir. Xəbərlərin yaşam tarixi bəlli olmasa da, yaranmış olanlar bizim beynimizin və qəlbimizin xəbəridir. İşlətdiyimiz hər kəlmə də bir xəbərin məhsuludur.
Daxili və yaşam tapıntılarına, dünyəvi bəşər hadisələrinə, eyni zamanda evimizə zəng edib sorğumuza aldığımız cavaba da Siz ad verin...

Sənubər Səhər


Seçilən
21
azia.az

1Mənbələr