Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) kollektivi Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək onun xatirəsini dərin ehtiramla anıb, məzarı önünə gül dəstələri düzüblər.
Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı da ziyarət edilib.
ADRA əməkdaşları Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinin, müasir Azərbaycanın inkişaf strategiyasının formalaşmasındakı tarixi xidmətlərini bir daha yad ediblər.


