Disney və OpenAI arasında milyardlıq razılaşma fonunda həmkarlar ittifaqları narahatdır.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
“Disney” şirkəti süni intellekt nəhəngi “OpenAI” ilə 1 milyard dollar dəyərində tarixi müqavilə imzalayıb. Bu xəbər yaradıcı sənaye işçiləri arasında ciddi narahatlıq yaradıb.
“Sag-Aftra” həmkarlar ittifaqının rəhbəri bildirib ki, insan yaradıcılığının süni intellektə verilməsi sənaye üçün təhlükəlidir.
Şirkətlər müqavilənin real aktyorların səsini və xarici görünüşünü əhatə etmədiyini bildirsələr də, Hollivudda süni intellektin sənətə təsiri ilə bağlı gərginlik artmaqdadır.
Qeyd edək ki, razılaşmaya əsasən, istifadəçilər 2026-cı ilin əvvəlindən etibarən “ChatGPT” və “Sora” video generatoru vasitəsilə “Disney”in 200-dən çox personajının iştirakı ilə videolar və şəkillər yarada biləcəklər.
Xuraman Etibarlı
İnterpress.az