AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının XIV turu və ölkə kubokunun 1/8 final mərhələsində keçirilmiş oyunlardakı mübahisəli epizodları şərh edib.
O, iki görüşdə hakimlərin yanlış qərarlar verdiyini bildirib. R.Həsənov Azərbaycan kubokunun 1/8 final mərhələsinin “İmişli” – “Sabah” (1:2) matçında qonaqların qapısına təyin olunmuş penaltinin yanlış qərar olduğunu təsdiqləyib. Qeyd edək ki, həmin görüşdə baş hakim Kamal Umudlu olub.
Bundan başqa, 14-cü tur çərçivəsində keçirilmiş “Sumqayıt” – “İmişli” qarşılaşmasında (1:0) Rüstəm Əhmədzadənin əllə oynamasına görə meydan sahiblərinin qapısına təyin olunmuş penalti də yanlış qərardır. Bu oyunun baş hakimi isə Əliyar Ağayev idi.
Msport.az mübahisəli epizodların şərhini sizə təqdim edir: