Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çıxış edən Nqolo Kantenin adı yenidən Avropa futbolu ilə hallanır.
Msport.az xəbər verir ki, fransız yarımmüdafiəçinin karyerasını vətənində davam etdirmə ehtimalı gündəmə gəlib.
Kantenin “Əl-İttihad”la müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. Bu vəziyyətdən yararlanmaq istəyən “Paris” klubu təcrübəli futbolçunun transferində maraqlıdır və tərəflər arasında ilkin danışıqlara artıq start verilib. Paris təmsilçisi Kantenin təcrübəsini və liderlik keyfiyyətlərini heyətinə qatmaq niyyətindədir. Klub rəhbərliyi orta xətti gücləndirmək üçün onun profilini uyğun hesab edir.
Qeyd edək ki, Nqolo Kante daha əvvəl Fransanın “Kan”, İngiltərənin “Lester” və “Çelsi” klublarında çıxış edib, Fransa millisinin heyətində isə dünya və Avropa çempionu titulunu qazanıb.