AZ

CIF Türkiyədə sənayenin karbonsuzlaşdırılması planının hazırlanmasına dəstək olub

Bakı. Trend:

İqlim İnvestisiya Fondları (CIF) sənayesinin karbonsuzlaşdırmaProqramını işə salıb. Proqramın məqsədi inkişaf etməkdə olanölkələrdə yüksək emissiyalı sahələrin sıfır emissiya səviyyəsinəkeçidini sürətləndirmək və təmiz texnologiyaların inkişafınıdəstəkləməkdir.

Bu barədə Trend-əAvropa Yenidənqurma və İnkişaf Bankına (AYİB) istinadən xəbərverir.

Bildirilir ki, Türkiyə marağın ifadəsi (Expression of Interest,EoI) əsasında aparılan seçim prosesi nəticəsində Proqrama qoşulmaqüçün seçilmiş yeddi ölkədən biri olub.

“2025-ci ilin iyununda Türkiyəyə 250 milyon ABŞ dollarına qədərməbləğdə İnvestisiya Planının (Investment Plan, IP) hazırlanmasıüçün razılıq verildi və bu vəsaitin ən azı 50 faizi özəl sektorayönəldilməlidir. IP, Türkiyə tərəfindən İqlim İnvestisiya Fondunun(CIF) tərəfdaşları olan çoxtərəfli inkişaf bankları (MDB) – AvropaYenidənqurma və İnkişaf Bankı (EBRD), Dünya Bankı (WB), BeynəlxalqMaliyyə Korporasiyası (IFC) və Asiya İnkişaf Bankı (ADB) iləəməkdaşlıq çərçivəsində hazırlanacaq biznes-planı ifadə edir.Türkiyə IP-nin hazırlanması prosesinə ümumi nəzarəti təmin etməküçün AYİB-i “koordinasiya edən MDB” olaraq təyin edib.

IP ölkənin prioritetlərini və təkliflərini müəyyən edəcək,MDB-lərin potensial investisiya və texniki dəstək istiqamətləriniaşkar edəcək, həmçinin əlavə birgə maliyyələşdirmələrin mümkünsəfərbərliyini nəzərdə tutacaq. IP ən gec 2027-ci ilin yanvarınaqədər CIF Katibliyinə təqdim edilməlidir”, – məlumatda qeydolunur.

Bildirilənlərə görə, CIF-in maliyyələşdirilməsi TürkiyəninSənayenin Karbonsuzlaşdırılması üzrə İnvestisiya Platformasının(Türkiye Industrial Decarbonisation Investment Platform, TIDIP)dəstəklənməsində də həlledici rol oynayacaq və IP həm bu platforma,həm də Türkiyə tərəfindən qəbul edilmiş dörd aşağıkarbonlu inkişafüzrə sektor planı (LCP) – sement, polad, gübrə və alüminiumsənayeləri üzrə planlarla sıx şəkildə uyğunlaşdırılmalıdır.

“Texniki və operativ konsaltinq dəstəyinin (bundan sonra –“Tapşırıq”) məqsədi Türkiyə üçün Sənayenin KarbonsuzlaşdırılmasıProqramının İnvestisiya Planının hazırlanmasına dəstək göstərmək,eləcə də dövlət qurumları, çoxtərəfli inkişaf banklarının (MDB)tərəfdaşları, özəl sektor və digər maraqlı tərəflərlə əməkdaşlıqçərçivəsində əlaqəli tapşırıqları və əlaqələndirməni idarəetməkdir”, – deyə bank məlumat verir.

Məqalədə:
Seçilən
32
1
az.trend.az

2Mənbələr