AZ

Gəncədə Ümummilli Liderin anım günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib - FOTOLAR

Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Gəncə şəhərinin 28 nömrəli tam orta məktəbinin ərazisində ağacəkmə aksiyası təşkil olunub.

"Unikal" xəbər verir ki, aksiya Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə–Daşkəsən Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, QMİ Qazilər Şurasının üzvü Hacı Tahir Abbasov, Gəncə–Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Elçin Kərimov, məhkəmə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və universitet rektorları iştirak ediblər.

Qeyd edək ki, aksiya çərçivəsində 100-dən çox ağac əkilib.

Seçilən
28
unikal.az

1Mənbələr