“Qalatasaray” yanvar ayında böyük bir transferi reallaşdırmağı planlaşdırır.
Publika.az xəbər verir ki, İstanbul klubu “Real”n müdafiəçisi Antonio Rüdigeri heyətinə qatmaq istəyir.
Almaniyalı müdafiəçisi gələn aydan etibarən İspaniya xaricindəki klublarla danışıqlara başlaya bilər. Onun Madrid klubu ilə müqaviləsi gələn yay başa çatır. "Qalatasaray" Rüdigeri Çempionlar Liqasında səviyyəni yüksəltmək üçün Davinson Sançesə ideal müdafiə tərəfdaşı kimi görür.
Bununla belə, müdafiə xəttində yaşanan ciddi zədə problemləri səbəbindən Madrid klubu qış transfer pəncərəsində Rüdigeri buraxmağa meyilli deyil. La Liqa nəhəngi həmçinin futbolçusuna yeni müqavilə təklif edilməsini də nəzərdən keçirir.