Fransız studiyası 10 mükafatdan 9-nu qazanaraq rekord qırıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Los-Ancelesdə keçirilən “The Game Awards” mərasimində “Clair Obscur: Expedition 33” oyunu tarixi uğura imza atıb.
Fransız studiyası tərəfindən hazırlanan bu video oyun namizəd olduğu 10 kateqoriyadan 9-da, o cümlədən “İlin oyunu” nominasiyasında qalib gəlib.
Oyun həmçinin ən yaxşı ssenari, musiqi və aktyor performansı mükafatlarına layiq görülüb.
Layihənin rəhbəri Qiyom Broş mükafatı qəbul edərkən bildirib ki, komandası bu oyunu yaratmaq üçün “Ubisoft”dan ayrılıb və oyun hazırlamağı “YouTube”dakı videolar vasitəsilə öyrənib.
Xuraman Etibarlı
İnterpress.az