AZ

Bakıda 14 yaşlı ana ilə bağlı mühüm məqam 3 ilə qədər...

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məlum olduğu kimi, Bakıda 14 yaşlı qız uşaq dünyaya gətirib. Bu xəbər ictimaiyyətdə narahatlığa səbəb olub.

Hadisəni törədən, yəni yetkinlik yaşına çatmayan biri ilə cinsi münasibətdə olan şəxsi hansı cəza gözləyir?

Globalinfo.az-a danışan vəkil Əlibaba Rzayev deyib ki, Cinayət Məcəlləsinin 152-ci maddəsinə əsasən, uşaqlara qarşı törədilən cinayətlərdə cəza uşağın yaşından asılı olaraq fərqləndirilir:

Əlibaba Rzayev

“Belə ki, əgər cinayət 14 yaşından 16 yaşına qədər olan uşağa qarşı törədilirsə, törətmiş şəxs 1 ildən 3 ilə qədər azadlıqdan məhrum edilə bilər. Cinayət 12 yaşdan 14 yaşa qədər olan uşağa qarşı törədilirsə, məsuliyyət daha ağır olur və cəza 3 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur. Bu fərqləndirmə uşaqların yaş xüsusiyyətləri nəzərə alınaraq cəzanın daha ədalətli şəkildə tətbiq edilməsinə xidmət edir”.

Vəkil Zibeydə Sadıqova isə qeyd edib ki, uşağın 14 yaşdan az yaşı olduğu müəyyən edilsə, o zaman 152.2-ci maddə ilə cinayət işi başladıla bilər:

Zibeydə Sadıqova

“Cinayət Məcəlləsinin 153.1-ci maddəsinə görə, 16 yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri və ya seksual fəaliyyəti müşahidə etməyə cəlb etmə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 152.2-ci maddəyə əsasən isə eyni əməllər 14 yaşına çatmayan şəxs barəsində törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Qeyd edək ki, DİN və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məsələ ilə bağlı araşdırma aparır. Komitə həm hüquqi, həm də sosial müdaxilə tədbirlərini həyata keçirərək yeniyetmənin təhlükəsizliyinin təmin olunması və hüquqlarının qorunması üçün addımlar atır.

Zaira Akifqızı

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
globalinfo.az

1Mənbələr