ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Torpaqşünaslıq və Aqrokimya fakültəsində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər."Unikal" xəbər verir ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Dövlət Himni səsləndirilib.Çıxış edən fakültə dekanı Xaliq Xəlilov, ictimai fənlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Sevda Abdullayeva və Torpaqşünaslıq və Aqrokimya kafedrasının müdiri, professor Həsənəli Aslanov Ümummilli Lider Heydər Əliyevin müasir, müstəqil Azərbaycan dövlətinin formalaşması və inkişafındakı tarixi rolundan, ölkəmizin dövlətçilik ənənələrinin möhkəmlənməsi naminə göstərdiyi əvəzsiz xidmətlərdən danışıblar.
.jpeg)
.jpeg)


Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.