ain.az bildirir, Demokrat.az portalına istinadən.
"Paşinyanın dünənki açıqlaması həm onun planlarını ortaya qoyur, həm də Ermənistanda sülh prosesinə mane olan qüvvələri göstərir. Doğrudan da ölkədə sülhə qarşı duran qüvvələr var və Paşinyan onların neytrallaşdırılması üçün göstərdiyi səyləri vurğulayır".Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib. "Sülh prosesinə mane olanlar eyni zamanda onun hakimiyyətini devirməyə çalışan qüvvələrdir. Qarşıdakı iyun parlament seçkilərinə həm iqtidar, həm də müxalifət ciddi hazırlaşır. Paşinyan bu seçkiləri sülh prosesini davam etdirmək üçün yeni mərhələ kimi görür, müxalifət isə onu hakimiyyətdən uzaqlaşdırıb müharibə ritorikasını yenidən ölkənin siyasətinə qaytarmaq niyyətindədir".Politoloq deyib ki, bu açıqlamalarla Paşinyan həm sülh istəyən qüvvələrə dəstək çağırışı edir, həm də müharibəyə təhrik edənlərə mesaj verir ki, onların aparmaq istədiyi yolun sonu yalnız müharibədir və bunun erməni xalqına faydası yoxdur:"Nəticədə, Paşinyan açıqlaması ilə öz niyyətini göstərir, sülhə mane olanları ifşa edir və Ermənistanın bundan sonra hansı istiqamətdə gedəcəyinə dair xarici qüvvələrə mesaj verir".Qeyd edək ki, Paşinyan dünən çıxışında bildirib ki, Ermənistanda təxribatlara əl atanlar var. Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.