AZ

Dünyada ən çox bu valyutalara tələb var Siyahı

ain.az bildirir, Yeniavaz saytına əsaslanaraq.

Dünyada 100-dən çox müxtəlif valyuta mövcud olsa da, onların böyük əksəriyyəti yalnız bir ölkənin sərhədləri daxilində istifadə olunur.

Yeniavaz.com xəbər verir ki, bu isə həmin valyutalara qlobal tələbatın olmaması ilə bağlıdır.

Mütəxəssislərin fikrincə, valyutaya beynəlxalq tələbatın formalaşması əsasən geosiyasi amillər və valyutanı buraxan ölkənin iqtisadi gücü ilə müəyyən edilir. Siyasi və iqtisadi baxımdan qeyri-sabit ölkələrin valyutaları investorlar üçün yüksək riskli hesab olunur. Bununla yanaşı, təkcə sabitlik də kifayət etmir. Valyutanın qlobal mövqeyini qoruması üçün həmin ölkənin beynəlxalq ticarətdə fəal iştirakı və müxtəlif sahələrdə təsir gücünə malik olması vacibdir.ABŞ dolları – dəyişməz lider

Bu amillər fonunda ABŞ dollarının dünyanın ən çox tələb olunan valyutası olması təəccüblü deyil. Dollar artıq bir əsrdən çoxdur ki, qlobal maliyyə sistemində dominant mövqeyini qoruyur və yaxın perspektivdə onun hegemonluğuna real təhlükə görünmür.

Qlobal ticarət müqavilələrinin, maliyyə əməliyyatlarının, istiqrazların, qiymətli kağızların və beynəlxalq ehtiyatların böyük hissəsi ABŞ dolları ilə ifadə olunur. Beynəlxalq valyuta bazarlarında (FOREX) dollar hər gün orta hesabla 7 trilyon dollar dəyərində əməliyyatlarda iştirak edir. Bu göstərici onun qlobal valyuta əməliyyatlarının təxminən 88 faizində iştirak etdiyini göstərir.

ABŞ dollarının qlobal ehtiyat valyutası statusu Amerikanın dünyanın aparıcı iqtisadi və siyasi güclərindən biri olması ilə bağlıdır. İnkişaf etmiş maliyyə sistemi, müstəqil məhkəmə hakimiyyəti və güclü institusional mexanizmlər dollara olan etimadı möhkəmləndirir. Eyni zamanda, dolların qlobal dominantlığı ABŞ-yə sanksiyalar vasitəsilə ciddi geosiyasi təsir imkanları yaradır.Avro ikinci sıradadır

Dünyanın ən çox tələb olunan valyutaları sırasında ikinci yeri avro tutur. Avro hər gün təxminən 2,5 trilyon dollar dəyərində valyuta əməliyyatlarında iştirak edir ki, bu da qlobal əməliyyatların 31 faizində onun payı olduğunu göstərir.

Avro 20 ölkədə rəsmi milli valyuta statusuna malikdir və avrozonada əsas ödəniş vasitəsi kimi çıxış edir. Avropa İttifaqının böyük iqtisadi və geosiyasi çəkisinə baxmayaraq, avro beynəlxalq ticarətdə hələlik dollar qədər geniş istifadə olunmur.Yapon yeni və Britaniya funtu

Ən çox istifadə olunan valyutalar arasında Yapon yeni də mühüm yer tutur. Yaponiya dünyanın ən böyük iqtisadiyyatlarından biri hesab olunur və bu amil yenin qlobal əhəmiyyətini artırır. Yenin gündəlik dövriyyəsi təxminən 1,2 trilyon dollar təşkil edir ki, bu da qlobal valyuta əməliyyatlarının 17 faizində onun iştirak etdiyini göstərir. Bu mövqedə Yaponiyanın güclü texnologiya və avtomobil sənayesi mühüm rol oynayır.

Dördüncü yerdə isə Britaniya funt sterlinqi qərarlaşıb. Funtun gündəlik dövriyyəsi orta hesabla 700 milyard dollar təşkil edir. Böyük Britaniyanın maliyyə mərkəzi kimi tarixi rolu və funtun bəzi keçmiş Britaniya müstəmləkələrində istifadə olunması bu valyutaya olan tələbatı qoruyur. Hazırda funt 6 ölkədə milli valyuta statusuna malikdir.Çin yuanının yüksəlişi

Ən populyar beş valyutanı Çin yuanı tamamlayır. Yuanın gündəlik dövriyyəsi 500 milyard dollardan artıqdır. Son illərdə Çin bu göstəricilər üzrə ən sürətli artımı nümayiş etdirən ölkələrdən biri olub. Bir sıra dövlətlərin Çinlə ticarətdə yuana üstünlük verməsi bu prosesə təkan verən əsas amillərdəndir.

Xüsusilə Rusiya–Ukrayna müharibəsindən sonra Rusiya ilə Çin arasında ticarətin əsasən yuanla aparılması bu valyutanın beynəlxalq rolunu daha da gücləndirib. Bununla belə, Qərb ölkələrinin valyutaları hələ də qlobal maliyyə sistemində dominant mövqeyini saxlayır. Çin hökuməti isə uzunmüddətli perspektivdə yuanın mövqeyini gücləndirərək onu ilk üç qlobal valyuta sırasına daxil etməyi hədəfləyir.Murad Məmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
2
yeniavaz.com

3Mənbələr