AZ

İrəvanda polşalı futbol azarkeşləri ilə yerli sakinlər arasında qarşıdurma olub, üç nəfər ağır yaralanıb

Tbilisi, 12 dekabr, AZƏRTAC

Dekabrın 12-də İrəvanda polşalı futbol azarkeşləri ilə yerli sakinlər arasında qarşıdurma baş verib.

AZƏRTAC xəbər verir ki, davada ağır xəsarətlər alan 3 nəfər Polşa vətəndaşı Qeratsi adına 1 saylı Universitet Xəstəxanasına yerləşdirilib. Həkimlərin sözlərinə görə, yaralıların vəziyyəti çox ağır olduğu üçün onlar izahat vermək iqtidarında deyillər.

Bildirilir ki, Konfrans Liqasının 5-ci turu çərçivəsində Ermənistanın “Noa” və Polşanın “Legiya” komandaları qarşılaşıb. Oyun “Noa”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bundan sonra polşalı azarkeşlər İrəvanın mərkəzi küçələrində qarşılarına çıxan hər şeyi sındırıb, xaos yaradıblar. Polis asayişi pozmaqda və xuliqanlıqda şübhəli bilinən 17 Polşa vətəndaşını saxlayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Seçilən
44
azertag.az

1Mənbələr